Yaponiya Aerokosmik Agentliyinin (JAKSA) mütəxəssisləri tərəfindən dünyada ilk dəfə bizim qalaktika daxilində təxminən üç milyon il əvvəl baş vermiş hiper yeni ulduzun partlayışının izləri qeydə alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, partlamış ulduz Qu bürcündə, bizim planetdən 5,5 min işıq ili məsafədə yerləşib. Onun kütləsi Günəşdən on dəfələrlə, partlayışın gücü isə adi super yeni ulduzun partlayışından 100 dəfə çox olub və bu kosmik hadisədən sonra diametri min işıq ili olan qaz buludu qalıb. Yerdən müşahidə edərkən bu hiper yeni ulduz Aydan 40 dəfə parlaq olub.
Astronomlar belə nadir hadisələrin 100 min və ya milyon ildə bir dəfə baş verdiyini bildiriblər. Onların sözlərinə görə, belə güclü kosmik partlayışlar radioaktiv qığılcımlara səbəb ola bilər ki, bu da Yer kürəsində həyat üçün təhlükə yarada bilər.
Qeyd edək ki, Qu bürcündə yerləşən hiper yeni ulduzun partlayışı da Yer biosferində mənfi hallara səbəb olub. Beləki, alimlərin fikrincə partlayış nəticəsində bəzi canlıların növləri yer üzündən silinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB