İtaliyada parlament seçkiləri başladı

İtaliyada parlament seçkiləri başladı

Bu gün İtaliyada parlament seçkiləri başlayır. SİA xarici mətbuata istinadən xəbər verir ki, 47 milyon əhalinin iştirak etdiyi səsvermə 2 gün davam edəcək. Bu seçkilərdə parlamentdə təmsil olunmaq üçün 4 partiya nümayəndəsi mübarizə aparır. Son sorğulara görə, Silvio Berluskoni, Mario Monti, Pyer Mario Bersani və Cuzeppe Qrillo arasındakı mübarizədə sol-mərkəz yönümlü Demokrat partiyasının sədri Pyer Mario Bersani favorit sayılır.

Məlumat üçün bildirək ki, İtaliyadakı seçkilər planlaşdırıldığından 2 ay tez keçirilməli olub. Buna səbəb bir müddət öncə Silvio Berluskoninin partiyasının Mario Monti hökumətini dəstəkləməməsi olub. Bu gün və sabah İtaliya parlamentinin həm aşağı, həm də yuxarı palatası olan Senata seçkilər keçirilir. Senata seçkilər regional əsasda keçirilir və onlarda yalnız 25 yaşdan yuxarı vətəndaşlar iştirak edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə