Fransa dünyaya mədəniyyət yaymaq iddiasındadır. Amma bu ölkənin aşağı təbəqəsi bir yana, hakimiyyət kürsülərində əyləşmiş "müsyö"lar və "madmuzel"lər əxlaqsız əməlləri ilə başqalarına mədəni insan örnəyi ola bilmirlər. Fransa hakim dairələrində rüşvətxorluq və korrupsiya halları, seks qalmaqalı o qədər çoxalıb ki, bu artıq adiləşib. Keçmiş prezident Nikolə Sarkizinin dönəmində isə məmurların işə götürülməsi prosesində "yataq" kriteriyası önəmli yer tutub.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Sarkozinin kukılası" (Fransanın sabiq prezidenti Nikolas Sarkozi) ləqəbli sabiq ədliyyə naziri Raşida Datinin Paris bələdiyyə sədrliyinə namizədliyinə qarşı senator Klod Qosquenin çıxışı Sarkozi-Dati izdivacının detallarını üzə çıxarıb. Məsələ bundan başlayıb ki, senator keçmiş ədliyyə nazirinin "müzəlman və əlcəzairli olduğunu" əsas gətirərək buna qarşı olduğunu bildirib. Amma Dati bunun səbəbi kimi müsəlman olmağında deyil, senatorla yatağa girməkdən imtina etməyində görüb. O bildirib ki, Fransada qadınların vəzifə tutması üçün fitri istedada, təşkilatçılıq qabiliyyətinə, savada malik olmaq lazım deyil, sadəcə yataqda özünü "yaxşı" aparmaq kifayət edər ki, istədiyin kürsünü əldə edəsən: "Senator mənim namizəd olmağıma qarşıdır. Çünki onunla yatmamışam".
Xatırladaq ki, Fransa mətbuatı bir müddət əvvəl Raşida Dati körpəsini dünyaya gətirərkən hamiləlik vaxtı 8 nəfərlə eşq həyatı yaşadığı barədə yazmışdı. Dati isə uşağının atasının şəxsiyyəti barədə verilən suallara cavab verə bilməmişdi. Sonradan Sarkozi-Dati cütlüyü haqqında sensasiyalı məlumatlar dolaşmağa başladı.
Bu gün Sarkozi hakimiyyətdə yoxdur, onun kürsülərdə qoyduğu "əl izləri" isə hələ də müzakirə olunmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB