Belarus Respublikası (BR) Xarici İşlər Nazirliyinin komandası fevralın 20-də BR dövlət idarəetmə orqanları aparatı işçilərinin spartakiadası çərçivəsində keçirilmiş atıcılıq üzrə yarışlarda üçüncü yeri tutub. Bunu ölkənin xarici siyasət idarəsinin rəsmi saytı xəbər verir.
Beynəlxalq təhlükəsizlik və silahlar üzərində nəzarət idarəsinin müşaviri Dmitri Zorin, Asiya, Avstraliya və Okeaniya idarəsinin müşaviri Dmitri Koltsov və xarici iqtisadi fəaliyyət departamentinin məsləhətçisi Vera Skvortsova yüksək idman nəticələri göstəriblər.
Şəxsi hesabda bütün iştirakçılar arasında D.Koltsov qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB