Kerridən xarici yardım etirafı

"Bu yardımlar hədiyyə və ya xeyriyyəçilik işi deyil, güclü ABŞ və azad dünya üçün sərmayədir"

ABŞ-ın dövlət katibi Con Kerri xalqa ilk müraciətində büdcədəki kəsintilərdən danışıb. ABŞ-ın xarici yardım və diplomatiyaya daha çox sərmayə qoymasının vacibliyini vurğulayan Kerri bunun ölkənin təhlükəsizliyi və rihafına qoyulan sərmayə olduğunu söyləyib.

Büdcə ilə bağlı anlaşmazlıqların ABŞ xarici siyasəti üçün təhdid olduğunu bildirən Kerri "Evimizdə güclü olmadan bayırda güclü ola bilmərik" deyib.

Xarici yardımların hədiyyə və ya xeyriyyəçilik işi olmadığını etiraf edən dövlət katibi bunun güclü ABŞ və azad dünya üçün sərmayə olduğunu bildirib. Konqresə xəbərdarlıq edən Kerri bu gün diplomat çalışdırmağın sabah ordu saxlamaqdan daha ucuz olduğunu söyləyib.

Qeyd edək ki, avtomatik kəsintilər çərçivəsində Dövlət Departamentinin büdcəsindən və xarici yardımlardan 2,6 milyard dolların kəsilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə