Raffi Ovannisyanın özü və tərəfdarları bu gündən fasiləsiz aksiyalara başlamağı və meydanı qələbəyədək tərk etməməyi planlaşdırırlar
Ermənistan prezidentliyinə namizəd Raffi Ovannisyanın tərəfdarlarının mitinqi başa çatıb və bu gün saat 13.00-da davam etdiriləcək. Raffi Ovannisyanın özü və tərəfdarları bu gündən fasiləsiz aksiyalara başlamağı və meydanı qələbəyədək tərk etməməyi planlaşdırırlar
"Kim istəyirsə, mənimlə "Azadlıq" meydanında qala bilər. Biz qalib gələcəyik, iradəmizlə qalib gələcəyik", - Raffi Ovannisyan bildirib. O, polis və xüsusi xidmət orqanları əməkdaşlarını ""Azadlıq" meydanından başlamaqla sərhəddən sərhədə" vətəndaşların təhlükəsizliyini təmin etməyə çağırıb. Müxalifətçi namizəd aksiya iştirakçılarına təxribatlara uymamağı tövsiyyə edib. anspress
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB