Bəşər Əsəd: “Vətənimi tərk etməyəcəm”

Bəşər Əsəd: “Vətənimi tərk etməyəcəm”

Suriya prezidenti Bəşər Əsəd vəzifəsindən getməyəcəyini və növbəti dəfə prezident seçilməsə, xalqa doktorluq edərək xidmət edəcəyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, prezident İordaniya nümayəndələri ilə paytaxt Dəməşqdə görüşdükdən sonra belə bəyanatla çıxış edib: "2014-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olub-olmayacağım haqda bir söz deyə bilmərəm. Ancaq vətənimi tərk etməyəcəm. Bura mənim vətənimdir. Ailəm və bütün dostlarım Suriyada yaşayır".

Bütün bunlarla yanaşı, Bəşər Əsəd nə olur olsun ölkəsinə xidmət etməyi davam etdirəcəyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə