Fransada 7 PKK-lı həbs edilib

Fransada PKK-ya maddi dəstək verdiyinə görə saxlanılan 7 nəfər həbs edilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, fransız polisinin keçən həftə Tuluza və Bordo şəhərlərində həyata keçirdiyi əməliyyatlarda PKK-ya maddi dəstək göstərdiklərinə görə həbs edilən 17 nəfərdən 7-si haqqında müvəqqəti həbs qərarı alınıb. Onların həbsinə səbəb kimi terror qruplaşması ilə işbirliyi etmək göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə