Venesuela prezidenti Uqo Çaves gözlənilmədən ölkəsinə geri dönüb. Kubada keçirdiyi ağır tibbi əməliyyatdan sonra, uzun müddətdir mediya qarşısına çıxmayan ölkə başçısını vəziyyətinin sabit olduğu bildirilir. Çavesin ölkəyə gətirildiiyi xəbərini isə mediyaya informasiya naziri Ernesto Vilyeqas verib. Dövlət telekanalından xalqa müraciət edən nazir 3 dəfə "O qayıtdı!!!" deyərək Çaves tərəfdarlarını təbrik edib.
Uqo Çaves isə Tvitterdəki hesabından yayımladığı mesajda bundan sonra müalicəsinin Venesuelada davam edəcəyini bildirib. Qeyd edək ki, yenidən prezident seçilən Çavesin inauqurasiya mərasimi də onun səhhətindəki problemlərlə bağlı təxirə salınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB