Stalinin oğlu satqın imiş

Almaniyalı kəşfiyyatçıların apardığı araşdırma nəticəsində çox maraqlı bir fakt ortaya çıxıb. SİA-nın xəbərinə görə, araşdırma nəticəsində Stalinin oğlu Yakov Cuqaşvilinin satqın və alman ordusuna könüllü təslim olması bəlli olub. Həmçinin sovet hökumətinin bu işdən xəbərdar olduğu və illər boyu bunu mətbuatdan gizlətdikləri faktı da ortaya çıxıb.

Arxivlərdə tapılan sənədlərdə göstərilir ki, Yakov Cuqaşvili Qırmızı orduya nifrət edib və heç vaxt vətənə xidmət etmək istəməyib. Stalinin böyük oğlunu sevməməsi də heç kimə sirr deyil. Hələ SSRİ dövründə Stalin dəfələrlə böyük oğlunun sözə baxmadığını və vaxtının əksər hissəsini xaricdə keçirməsindən şikayətlənirdi.

Məlumat üçün bildirək ki, illərdir hər kəs Stalinin oğlunun 1941-ci ildən Minsk ordusu tərəfindən girov götürüldüyü hesab edirdi.

Qeyd edək ki, Stalinin böyük oğlu Yakov Cuqaşvili 1943-cü ildə həbsxanada intihar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə