Ermənistanın Prezidentliyə namizədliyini irəli sürmüş 7 nəfərdən 2-si səsvermədə iştirak etməyəcək. Bunlar, Arman Məlikyan və "Radio Hay" şirkətinin direktoru və aclıq aksiyası keçirən politoloq Andreas Qukasyandır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Qukasyan fevralın 16-da jurnalistlərə açıqlamasında bildirmişdi ki, səhhətində olan problem səbəbilə seçki məntəqəsinə gedə bilmədiyi üçün səsvermədə iştirak etməyi planlaşdırmır. Onun sözlərinə görə, seçkilərdən sonra o və onun tərəfdaşları vətəndaş itaətsizliyi elan edəcəklər.
Arman Məlikyan da səsvermədə iştirak etməyəcəyini bəyan edib. O, öz qərarını seçkilərin legitimliyinə münasibətinin dəyişməməsi ilə əsaslandırıb.
Öz namizədliyini irəli sürmüş, lakin sonradan namizədliyin geri götürmüş Aram Arutyunyan da səsvermədə iştirak etməyəcək.
Qeyd edək ki, saat 11:00-a olan məlumata görə seçkilərdə əhalinin 10.92 %-I (275,986 nəfər) iştirak edib.
Müxalifətin İrs Partiyasının sədri və keçmiş xarici işlər naziri Raffi Hovanisyan Səsvermə məntəqəsinə tək gələrək "Vətən üçün" səs verdiyini bildirib. O, həmçinin, İrəvanın Azadlıq Meydanında çərşənbə axşamı keçiriləcək ictimai mitinqə hazırlaşdığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB