BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi Suriya hökumətini və müxalifəti ölkədə iki ildir davam edən siyasi böhranı müzakirə etmək üçün BMT ərazisində görüşməyə çağırıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Qahirədə çıxışı zamanı L.Brahimi bildirib ki, Suriya müxalifəti və hökumətin təmsil olunacağı nümayəndə heyəti arasında BMT-nin vasitəçiliyi ilə dialoqun keçirilməsi Suriyanın böhran vəziyyətindən çıxmasına kömək edə bilər.
Mühacirətdə olan Suriya müxalifət koalisiyasının lideri Mauaz Əl-Xətib Əsəd hökumətinin hakimiyyətdən dinc yolla gedişi məsələsini müzakirə etmək üçün vitse-prezident Faruk Əl-Şaraa ilə görüşmək istədiyini deyib. Xətibin Suriya Milli Koalisiyası perzident Əsədin üsyanı qəddarlıqla dağıtmasında birbaşa əli olmayan başqa hökumət nümayəndələri ilə görüşmək təklifini irəli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB