Bağdadda dəhşətli partlayışlar baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İraq paytaxtında bazar və ticarət meydanlarında baş vermiş partlayışlar nəticəsində ən azı 23 nəfər ölüb, 70-dən artıq adam isə yaralanıb.
Partlayıcı qurğulardan biri rayonun ən çox şiələr yaşayan bölgəsindəki açıq ticarət meydanında saxlanılmış maşında gizlədilib. Neçə partlayışın baş verməsi haqqında məlumat verilməsə də, həlak olanların çoxu məhz şiələr olub. Lakin hələ hə İraqdakı silahlı qruplaşmalardan heç biri partlayışla bağlı məsuliyyəti boynuna götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB