Pakistanda partlayış: 80 ölü

Pakistanın Belucistan vilayətinin paytaxtı Kvetta şəhərində törədilmiş güclü partlayış nəticəsində ölənlərin sayı 63-ə çatıb, 200 nəfərə yaxın adam isə yaralanıb. SİA-nın türk mətbuataına istinadən verdiyi xəbərə görə, şəhər bazarında törədilmiş terror aktın qurbanlarının sayı artacağı istisna olunmur. Ölənlər arasında xeyli qadın və uşaq olduğu bildirilir.

Partlayış nəticəsində 60-dan çox ticarət obyekti tamamilə uçulub, uçqunların altında onlarla insan qalıb. Kvetta şəhərinin polis rəisi Vəzir Xan açıqlamasında bildirib ki, partlayıcı qurğu banlı motosikletdə olub və məsafədən işə salınıb. Yerli KİV-lərin məlumatına görə, partlayıcının çəkisi 100 kiloqramdan çox olub.

Hələlik heç bir ekstremist qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə