Rusiyaya yağan metiorit deyilmiş ŞOK

Rusiyanin həddindən artıq sağçı Liberal Demokratik Partiyası ABŞ-a qarşı sərt iddia səsləndirib. SİA-nın xəbərinə görə, partiya rəhbəri Vladimir Jirinovski Ural bölgəsində baş verən metiorit yağışının ABŞ tərəfindən sınaqdan keçirilən yeni bir silah olduğunu iddia edib.

Jirinovski bildirib ki, Ural bölgəsinə yağan metiorit deyildi: "Onlar Amerikanın yeni silah sınağı idi. ABŞ-ın xarici işlər naziri Con Kerri bununla Rusiyanın xarici işlər naziri Sergey Lavrovu xəbərdar etmək istədi. İndi özü Afrikada olsa da bu onun təxribatı idi".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...