Kəşmirdə vəziyyət gərgindir

Hindistan hərbi qüvvələrinin mübahisəli Kəşmir bölgəsində Pakistan əsgərini öldürdükləri bildirilir. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, rəsmilər Pakistan əsgərinin sərhədi keçmək istəyərkən atışma zamanı öldürüldüyünü deyir. Hindistan əsgərin cəsədinin Pakistana bu gün qaytarılacağını planlaşdırır.

Qeyd edək ki, ötən ay da sərhəddə baş verən qarşıdurma zamanı 3 Pakistan əsgəri və 2 Hindistan əsgəri öldürülmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə