"Həmas" təşkilatının rəsmi səfər proqramı ilə Bolqarıstana gedən nümayəndə heyəti bu ölkədən deportasiya edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Bolqarıstanın təhlükəsizlik xidmətinin əməkdaşları "Həmas" üzvlərinin qaldığı hotelə basqın edib. Heyətin təmsilçisi Salah Berdevil heyətdəkilərin zorla avtomobillərə mindirilərək hava limanına aparıldıqlarını söyləyib.
Berdevil bu hərəkəti Avropanın "Həmas"a siyasi embarqosu kimi dəyərləndirib. "Həmas" təmsilçisi heyətin deportasiya edilməsi qərarının Bolqarıstanın İsrailəsilli xarici işlər nazirinin təzyiqiylə qəbul edildiyini bildirib.
Fələstinin Sofiyadakı səfiri Əhməd Məhəmməd Əl Məzbuh isə "Bolqarıstan rəsmi dairələri bizə heyətin öz istəyilə getdiyini bildirdilər", - deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB