İvanişvili Türkiyəyə səfər edəcək

İvanişvili Türkiyəyə səfər edəcək

Gürcüstanın baş naziri Bidzina İvanişvili Türkiyəyə səfər edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, səfər baş nazir Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında həyata keçirilir.

Səfər çərçivəsində İvanişvili Ankarada prezident Abdulla Gül, Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüşlərdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılacaq, regional və beynəlxalq məsələlər dəyərləndiriləcək.

İvanişvilini səfərdə müdafiə naziri İrakli Alasaniya müşayiət edir.

Qeyd edək ki, Gürcüstanın baş naziri gələn ay Ermənistan və Azərbaycana səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə