"Fevralın 3-də Azərbaycan sərhədçilərinin atəş açması nəticəsində İranın Parsabad şəhərinin tabeliyində olan Pirayvatlının iki sakininin yaralanması faktı araşdırılır". SİA-nın xəbərinə görə, mətbuata müsahibəsində İranın xarici işlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst belə deyib.
O bildirib ki, hadisə ilə əlaqədar birgə sərhəd komitələri tərəfindən araşdırma aparılır: "Bu məsələ iki ölkənin müştərək sərhəd komitələri tərəfindən izlənilir. Sərhəddə baş verən hər bir məsələnin daim ölkə rəsmiləri tərəfindən izlənilməsinə səbəb yoxdur. Bu məsələlərlə əlaqədar rəsmi şəxslər var və bu məsələ birgə sərhəd komitəsinin fəaliyyəti çərçivəsindədir. Bütün hallar araşdırılır və araşdırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB