Məşhur timsah öldü

Dünyanın ən böyük timsahı Filippində saxlanıldığı ekoturizm parkında ölüb. SİA-nın xarixi mətbuata istinadən verdiyi məlumata görə, Filippinin cənubundakı Aqusan del Sur vilayətinin Bunavan qəsəbəsi Bələdiyyə Başçısı Edvin Cox Elorde çəkisi 1 ton olan və indiyə qədər dünyada tapılan ən böyük timsahının öldüyünü açıqlayıb. Timsahın saxlanıldığı parkda mədəsi şişmiş halda olduğunu görən baytar bir neçə saat sonra timsahın öldüyünü elan edib.

Qəsəbənin sakinləri isə bölgələrini dünya səviyyəsində tanıtdıran və turistləri cəlb edən timsahın ölümünə kədərləndiklərini bildiriblər.

Xatırladaq ki, Guinness Rekordlar Kitabı keçən il uzunluğu 6,17 metr olan timsahın dünyanın indiyə qədər tutulan ən böyük timsahı elan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə