Hazırda dünyada inşası davam edən 65 nüvə stansiyasından 29-u Çində, 10-u Rusiyada, 7-si isə Hindistanda tikilir. SİA-nın məlumatına görə, Yaponiyanı geridə qoyan və ABŞ-dan sonra dünyanən ən böyük iqtisadiyyatına malik olan Çin enerji təlabatını ödəmək məqsədilə nüvə enerjisindən istifadəni artırır. Hazırda 18 nüvə stansiyasına malik olan Çində 29 yeni stansiya inşa edilir. Daha 51 stansiya tikmək istəyən Çin onların sayını 120-yə çatdırmaq istədiyini açıqlayıb. 104 nüvə stansiyasının istehsalından istifadə edən ABŞ isə 13 yeni stansiya tikməyi planlaşdırır.
Qeyd edək ki, dünyada istehsalda olan 435 nüvə stansiyasının 104-ü ABŞ-da, 58-i Fransada, 50-si Yaponiyada, 33-ü Rusiyada, 23-ü Cənubi Koreyada, 19-u isə Kanadadadır. Həmçinin Fransa elektrik enerjisinin 77%-ni, Belçika və Slovakiya 54%ni, Ukrayna 47%-ni, Macarıstan isə 43%-ni nüvə stansiyalarından əldə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB