Qanlı fevral

Hindistanın cənubunda keçirilən Hindu festivalında 36 nəfər həlak olub. Milyonlarla insanın qatıldığı festivalda yaralıların da olduğu bildirilir. SİA-nın məlumatına görə, izdiham Allahabad şəhərində minlərlə insanın qatar stansiyasına getməsi nəticəsində baş verib. İnsanların çoxluğundan stansiyadakı bir keçid çöküb və 36 nəfər çöküntünün altında qalaraq can verib.

Qeyd edək ki, Hindu inancına görə, festival zamanı milyonlarla insan Qanq çayında günahlarını təmizlənmək üçün yuyunur. Növbəti festivalda isə 30 milyondan çox insan iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə