Kraliça karnavalda yandı

Dünyanın dörd bir tərəfindən karnaval üçün Rio de Janeyroya axın edən təxminən 1,5 milyon insan "Rio Karnavalı"nın ilk günündə şəhərin prospektlərində sıxlıq yaradıb. SİA-nın məlumatına görə, karnavalın açılışını "Gangnam Style" mahnısı ilə dünya şöhrətli müğənni PSY edib.

Tenerif adasında təşkil edilən karnavaldakı paradda məşəllərlə toqquşan 25 yaşlı karnaval kraliçası Səidə Maria Prietonun geyimi alovlanaraq faciəvi şəkildə yanıb. Həkimlər kraliçanın bədəninin 40%-nin yandığını və vəziyyətinin ağır olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə