Cinayətkar təsadüf nəticəsində aşkar olunub. SİA xəbər verir ki, Rusiyanın Rostov vilayətində qadının ölənə qədər döyülməsi faktı ilə bağlı cinayət işi açılıb. Vilayətin Kamens rayonunda cinayətdə ittiham olunan şəxs içkili vəziyyətdə olub.
O, evinə gələn qonşu qadını evə soxulmağa çalışan kənar şəxs hesab edib və onun başına ağır çəkiclə bir neçə zərbə vurub. Qonşusunu öldürdükdən sonra onu evdən kənara çıxardaraq qarın altında basdırıb. Bundan sonra dostuna zəng etmək istəyib ki, törətdiyi əməli ona danışsın. Lakin bu zaman telefon nömrəsini səhv salıb və cinayəti başqa adama danışıb. Həmin şəxs də hüquq mühafizə orqanlarına məlumat verib. Araşdırma nəticəsində cinayət sübut olunub və indi cinayətkarı 15 il həbs gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB