İsrail "super tank" hazırlayır

İsrail hərbi bazasını gücləndirmək üçün ağır artilleriya qüvvələrinə daha da üstünlük verməyə başlayıb. Ölkədə mütəxəssislər "Merkava" tank modelini əvəzləyəcək və ondan daha da güclü olacaq yeni "super tank" hazırayırlar. General İqal Slovik bu tankların lazer və ya elektromaqnit qülləsinə malik olacağını deyib. bu tank modeli 2020-ci ilə hazır olacaq. Tankın müdafiə sisteminin də mövcud tanklardan daha güclü olacağı sitisna eilmir.

Hazırda ölkədə ən mükəmməl tank modeli "Merkava" Mk4 kod adlı tankdır. O, 2003-cü ildən hərbi hissələrə daxil olub. Dörd modeldən ibarət olan tankın ən yeni modeli Merkava IV-dür. Tankın motor bölməsi mina təhlükəsinə qarşı ön tərəfdə yerləşir.Tankda baş verə biləcək yanğının qarşısını almaq üçün hidravlik sistem yerinə elektrik sistemi yerləşdirilib. İsrailin yarımsəhra və səhraları üçün nəzərdə tutulduğundan transportasiya üçün olduqca ağırdır (65 tondan çox).

Tank əleyhinə ən effektli silahlardan biri olan plastik anti-tank mərmiləri ilə təchiz olunub. Belə ki, sürətlə reaksiyaya girən və 4000 S dərəcəyə qədər temperatur yaradaraq zirehi maye halına gətirən anti-tank mərmiləri Merkavanın arsenalına daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə