Sərnişin təyyarədə manyaka çevrilib

Sərnişin təyyarədə manyaka çevrilib

Çinin Quangzhou şəhərindən İstanbula gedən Türk Hava Yollarının "Airbus 340" təyyarəsində sərnişinlərdən biri digərlərinə qorxu dolu anlar yaşadıb. SİA-nın məlumatına görə, bir neçə saat yatan M. K. adlı türk sərnişin təyyarənin enişinə 3-4 saat qalmış söyüş söyməyə başlayıb və əlindəki şüşə parçasıyla insanlara hücum edib. Hücum nəticəsində təyyarənin səlahiyyətlilərindən biri yaralanıb. Digər səlahiyyətlilər isə manyak sərnişini tutartaq qollarını qandallayıblar. Təyyarə hava limanına enən kimi isə polislər onu Milli Təhlükəsizlik idarəsinə aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə