İrəvanda "Rejimə son!" deyiləcək

İrəvanda "Rejimə son!" deyiləcək

Nümayiş iştirakçıları bu gün Ermənistan MSK binası qarşısında toplaşacaqlar

Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında etiraz aksiyası keçiriləcək. Erməni mətbuatına istinadən verilən məlumata görə, "Rejimə son!" adlı etiraz aksiyasının məqsədi Ermənistan MSK strukturlarında seçkilərin saxtalaşdırılmasında böyük rol oynayan oyunçularla beynəlxalq müşahidəçi missiyaları arasındakı əlaqəni göstərməkdir.

Nümayiş iştirakçıları Ermənistan MSK binası qarşısında toplaşacaqlar, daha sonra ATƏT/İHDİB (İnsan Hüquqları və Demokratik İnstitutlar üzrə Büro) binasının qarşısına hərəkət edərək canlı zəncir yaradacaqlar.

Etirazçılar transparantlar (şəffaf parça üzərində çəkilib arxa tərəfdən işıqlandırılan şəkil) vasitəsilə ictimaiyyəti bu cinayətkar rejmə son qoymağa və insanları narahat edən problemləri həll etməyə çağırış edəcəklər.

Onlar askiyadan sonra ATƏT-in Ermənistanda akkreditasiya olunmuş səfirliyinə ölkədəki prezident seçkilərində iştirak edən müşahidəçiləri geri çağırmağa və seçkilərin saxtalaşdırmamaq haqda məktub ünvanalayacaqlar.

Aynur Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə