"Hörümçək adam" ləqəbli Alen Rober bu il ilk dırmanışını gerçəkləşdirib. bu dəfə o Kubada ən hündür otel olan Habana Libreyə dırmanıb.[/B]
27 mərtəbə,126 metr hündürlüyə malik olan binanı rober cəmi 28 dəqiqəyə dırmanıb. dırmanış vaxtı o heç bir alpinist avadanlığından və təhlükəsizlik qurğusundan istifadə etməyib. dırmanış vaxtı əlləri sürüşnməsin deyə yanında yalnızca təbaşir aparıb.
Təhlükəsizliyi təmin etməkçün 20 polis xidmət aparıb. Aşağıda isə 2 təcili tibbi yardım maşını dayanıb.
Qeyd edək ki, bu bina "hörümçək adam"ın dırmandığı ən hündür bina olmayıb. Belə ki, o, dünyanın ən hündür binası sayılan Dubaydakı 828 metr hündürlüklü "Bürc xəlifə" binasına da dırmanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB