Birləşmiş Ştatlarla Türkiyə arasında diplomatik qalmaqal yaranıb.İki ölkə arasında diplomatik qalmaqala bir neçə gün əvvəl paytaxt Ankarada həbs edilən "Əl-Qaidə" terror təşkilatının lideri Üsamə Ben-Ladenin kürəkəni Süleyman Əbu-Qait səbəb olub. Belə ki, Türkiyə Milli İstihbarat Təşkilatı və CİA-nin birgə əməliyyatı zamanı həbs edilən Süleyman Əbu Qaitin Amerikaya verilməsi Türkiyə qarşısında tələb olaraq qoyulub. Rəsmi Ankara isə bundan "Əl-Qaidə"nin hiddətlənəcəyi və Türkiyədə terraktlar həyata keçiriləcəyindən ehtiyatlanaraq terrorçunu Amerikaya vermək istəmir.
Məlumata görə, məsələ ilə əlaqədar Amerikanın Türkiyədəki səfiri hökumət binasına gələrək Türkiyənin bu addımına açıq şəkildə etirazını bildirib. Hökumət rəısmiləri isə səfiri Türkiyənin daxili işlərinə müdaxilə etməkdə günahlandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB