Rusiyanın Soçi şəhərində keçiriləcək "Soçi-2014"ün təşkilat komitəsi Qış Olimpiadasının biletlərindən 250 milyon dollar gəlir əldə edəcək. Rusiya mətbuatının verdiyi məlumata görə, bununla bağlı tədbirin təşkilat komitəsinin prezidenti Dmitri Çernışenko danışıb.
Prezident deyib ki, Soçidəki Olimpiadanın ən ucuz bileti 500 rubl olacaq. Onun sözlərinə görə, istənilən yarışa baxmaq istəyənlər isə 1,5 min rubla bilet ala bilərlər. Çenışenko deyib ki, biletlərin 42 faizini 3 min rubldan ucuz satılması nəzərdə tutulub.
Amma hokkey kimi yarışların biletlərin qiyməti isə baha qiymətə çıxarılacaq. Qış Olimpiadasının açılış mərasiminə biletlər 6 min rubl, hokkey yarışlarının finalına isə 7 min rubla satılacaq.
Qeyd edək ki, "Soçi-2014" Qış Olimpiadası 2014-cü ilin fevralın 7-dən 23-ə qədər keçiriləcək. Martın 7-dən 16-a kimi isə XI Paralimpiya oyunları olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB