Tunis Baş naziri Hamad Cibali hökumətin ləğv edildiyini və ''teknokrat hökumət'' quracağını açıqlayıb
Tunisdə hökumət ləğv edildi

Tunisdə dünyəvi müxalif liderlərdən olan Şükrü Belidin öldürülməsindən sonra hökumətin ləğv olunduğu elan olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tunisin rəsmi televiziyası vasitəsi ilə çıxış edən baş nazir Hamad Cibali hökumətin ləğv edildiyini və siyasi partiyalara üzv olmayan şəxslərin "teknokrat hökuməti''ni quracağını elan edib.

Baş nazir hökumətin ləğv olunma qərarını koalisyondaki siyasi partiyaların, kabinet dəyişikliyində razılığa gələ bilmədiyi üçün verildiyini bildirib. Həmçinin baş nazir vurğulayıb ki, verilən qərar müxalifət və ya iqtidar partiyaları ilə razılaşdırılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə