Tunisdə müxalifətdə olan Demokrat Vətənpərvərlər Partiyasının sədri Şükrü Beliyd bu gün səhər saatlarında evinin qarşısında silahlı hücuma məruz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o dərhal xəstəxanaya aparılsa da, başından və boyun nahiyyəsindən aldığı güllə yaraları nəticəsində həyatını itirib.
Tunis rəsmiləri isə hələ ki, hadisənin səbəbləri barədə heç bir açıqlama verməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB