Növbəti nüvə danışıqları Qazaxıstanda

Növbəti nüvə danışıqları Qazaxıstanda

6-lıq ölkələri ilə Tehran arasında növbəti danışıqlar fevralın 25-də Qazaxıstanda keçiriləcək. Danışıqların davam etdirilməsi ilə bağlı təklif Münihdə Təhlükəsizlik Konfransı çərçivəsində, İtaliya və Almaniyanın xarici işlər nazirləri ilə İranın xarici işlər naziri Əli Əkbər Salehi arasında keçirilən görüşdə irəli sürülüb.

Görüş zamanı İran və Avropa nazirləri Tehranın nüvə proqramını müzakirə ediblər. Bunula yanaşı tərəflər Yaxın Şərq, o cümlədən Suriyadakı vəziyyəti müzakirə ediblər. İtaliya və Almaniya rəsmiləri İranın Suriya böhranın həllində böyük rol oynadığını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə