İnsanların klonlaşdırılmasına başlanılacaq

İnsanların klonlaşdırılmasına başlanılacaq

Klon insanın yaradılması mümkün olacaq. SİA türk mətbuatına istinadən xəbər verir ki, tibb sahəsində Nobel mükafatı laureatı Con Qardon 50 il davam edən araşdırmaların sonunda bu nəticəyə gəlib. İngilis alim insan klonundan əvvəl bir çox yeni klonlaşdırma metodlarınınin inkişaf etdirilməsinin vacibliyini bildirib. O buna səbəb kimi bu günə qədər klon heyvanların bir çoxunun formasının dəyişdiyini göstərib.

Qeyd edək ki, insanın klonlaşdırılması barəsində daha öncə də geniş müzakirələr aparılıb. Elm adamlarının bu məsələyə münasibəti isə heç də birmənalı olmayıb. Onlar hələ də bunun etik normalara zidd olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə