"ABŞ kəşfiyyatı dinc əhaliyə işgəncə verirmiş"

"ABŞ kəşfiyyatı dinc əhaliyə işgəncə verirmiş"

ABŞ müdafiə naziri Leon Panetta "Əl-qaidə"nin eks lideri Usama Bin Ladenin axtarışında ABŞ kəşfiyyatçılarının qeyri-adi metodlardan istifadə etməsini gündəmə gətirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nazir deyib ki, həmin fəndlərdən ən dəhşətlisi, Usama ilə əlaqəsi olan adamlara işgəncə üsulu olub: "Əfqanıstan və Pakistandan olan bir qrup şahidin sözlərinə görə, Amerika kəşfiyyatı Usama ben Ladenin yerini öyrənmək üçün dinc əhaliyə işgəncə verirmiş".

Müdafiə naziri Leon Panetta terroçunun axtarışında və öldürülməsində ABŞ-ın müxtəlif üsullara əl atdığını desə də, o bildirib ki, Amerika kəşfiyyat orqanları həmin fəndlərsiz də terrorçunu tapmaq gücünə malik bir dövlətdir.

Məlumat üçün bildirək ki, Bin Ladenin axtarışında müxtəlif fəndlərdən istifadə edilməsi haqqında məlumatları hələ 2011-ci ildə müdafiə naziri Leon Panetta etiraf etmişdi. Lakin ekspertlər Usamanın axtarışında "Məqsəd nömrə bir" adlı filmin çəkilişlərində olduğu kimi fəndlərdən istifadə edildiyini desələr də, hələ ki Amerika hökuməti bunu etiraf etmək istəmir.

Bütün xəbərlər Facebook səhifəmizdə