ABŞ-a Çin ilə hərbi rəqabət lazım deyil

ABŞ-a Çin ilə hərbi rəqabət lazım deyil

"Çin, eləcə də Asiya-Sakit okean regionundakı (ASR) ölkələrlə hərbi rəqabət ABŞ-a lazım deyil". Bunu ABŞ-ın vitse-prezidenti Cozef Bayden şənbə günü Münhen Təhlükəsizlik Konfransında bildirib.

O deyib ki, Çinə də ABŞ-la hərbi rəqabət lazım deyil, bu, bizə də lazım deyil. Fikrimcə, açıq dialoq vasitəsilə biz qarşıdurmadan uzaqlaşa bilərik. Bəs bu halda təmiz rəqabət olacaqmı? Düşünürəm ki, inkişaf edən Çinlə sağlam iqtisadi rəqabət olacaq. Bu, hamımız üçün faydalıdır.

Ümumiyyətlə, bir il əvvəl Ağ ev yeni müdafiə strategiyasının reallaşdırılmasına başlandığını elan edib. Bu strategiyaya görə, ABŞ ordusu daha çevik və müasir olmalıdır, Asiya-Sakit okean və Yaxın Şərq isə ABŞ üçün prioritet regionlardır.

Xatırladaq ki, bu strategiyaya uyğun olaraq, Pentaqon bombardmançı təyyarələrin və yeraltı qayıqların sayını artırmaq niyyətindədir. 2012-ci ilin iyununda Pentaqon rəhbəri Leon Panettanın bildirdiyinə görə, 2020-ci ilə qədər ABŞ Hərbi Dəniz Qüvvələrinin 60%-ə yaxın gəmisi bu regiona göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə