On minlərlə insanın həyatı təhlükədədir

On minlərlə insanın həyatı təhlükədədir

ABŞ-da onlarla insanın həyatına son qoyan H1N1 virusu, Rusiyada on minlərlə insanın həyatını təhlükəyə atıb. Qısa bir müddətdə xeyli sayda insanın qripə yoluxduğunu görən səhiyyə nazirliyi təcili hərəkətə keçib. Artıq ölkənin 20 vilayətinə yayılan yoluxucu xəstəliyin qarşısını almaq üçün xəstəxanalara vaksinlər və antibiotiklər göndərilib. Təkcə onu demək kifayətdir ki, ötən həftə Rusiyada 80 mindən çox insan qriplə bağlı xəstəxanalara müraciət edib və onların əksəriyyətində H1N1virusu aşkarlanıb.

Artıq bəzi vilayətlərdə məktəblər və uşaq bağçalarının fəaliyyəti dayandırılıb. Deyilənlərə görə rusiya hökuməti hətta ictimai tədbirləri müvəqqəti qadağan etməyə hazırlaşır. Məlumat üçün bildirək ki H1N1 virusu 2009-si ildə dünyada quş qripi adı ilə tanınmış və yüzlərlə insanın həyatına son qoymuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə