Bu gün Hitlerin iqtidarının yubileyidir

Bu gün Hitlerin iqtidarının yubileyidir

Bu gün nasist Almaniyasının lideri Adolf Hitlerin iqtidarının 80 ili tamam olur. SİA-nın xəbərinə görə, bununla əlaqədar ölkədə nasist qurbanları üçün bir sıra mərasimlər və konfranslar təşkil olunub. Paytaxt Berlinin simvollarından biri olan Brandenburg qapısının qarşısında reallaşan sərgidə Hitler hakimiyyətindən zərər görən və Almaniyanı tərk etmək məcburiyyətində qalan sənətçilərin fotoşəkillərinə və hekayələrinə də yer verilib. Sərgidə məşhur rejissor Robert Siodmak, elm adamı Albert Eynşteyn və aktrisa Marlene Dietrichin fotoşəkilləri də diqqəti cəlb edib.

Qeyd edək ki, 31 yanvar 1933-cü ildə hakimiyyətə gələn Hitler bəzi almanların fikrincə tarix yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə