İranın məhşur din adamlarından biri olan Ayətullah Döyənək Mekarim Şirazi Ankaranın bir zamanlar İslam yolunda olduğunu ancaq indi 180 dərəcə dəyişərək İsrail və Amerikayla birlikdə hərəkət etdiyini ehtimalını irəli sürüb. SİA-nın xəbərinə görə, şiələrin önəmli dini mərkəzlərindən olan Qum şəhərindəki bir məsciddə danışan Ayətullah Şirazi: "Tahran-Ankara arasındakı əlaqələr mənə maraqlı deyil. Lakin, İran xalqı və ictimaiyyəti tərəfindən Türkiyənin dövlət adamlarına, siyasətçilərinə xəbərdar edirəm. Bütün İran milləti Türkiyənin elədiklərinə görə Ankaraya nifrət edir" - deyib.
Türkiyənin bütün qonşu dövlətlərlə əlaqələrinin pis olduğunu vurğulayan Şirazi: "Bu çox çaşdırıcıdır. Türkiyə Suriyaya ziddir. Davamlı olaraq terrorçuları öyrədib suriyalıları-müsəlman qardaşlarını öldürmək üçün Suriyaya göndərir. Türkiyə artıq son zamanlar İraqla və Rusiya ilə də münasibətlərini pisləşdirib. Bu siyasət Türkiyə üçün pis nəticələr verəcək. Türkiyəni "ağıllı olmağa çağırıram", - deyə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB