İsrail Suriyanı ikinci dəfə bombaladı

İsrail Suriyanı ikinci dəfə bombaladı

İsrail hərbi təyyarələri dünən axşam saatlarında Suriyanı yenidən bombalayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb. İsrailin "Haaretz" qəzetinin qərbli diplomatik mənbələrə istinadən verdiyi xəbərdə İsrail hava qüvvələri Suriyanın Livanla sərhəddindəki bir hədəfi vurduğu bildirilir. İsrail tərəfi isə verilən xəbərləri təkzib edir.

Bütün xəbərlər Facebook səhifəmizdə