Hamısını öldürüb quyuya atıblar

Hamısını öldürüb quyuya atıblar

Meksikada itkin düşən musiqi qrupunun üzvlərinin cəsədləri bir quyuda tapılıb. SİA xəbər verir ki, polislərin axtarışları nəticəsində ölkənin şimalında Nuevo Leon ştatında quyudan tapılan 17 cəsəddən 14-nün 5 gün əvvəl silahlı bir qrup tərəfindən qaçırılaraq öldürüldüyü təsbit olunub.

Nuevo Leon ştatının polis bölməsinin rəisi bildirib ki, musiqi qrupunun üzvlərinin nə səbəbdən öldürüldüyü hələ də araşdırılır.

Qeyd edək ki, Kolombiya tərzi musiqi ifa edən 15 üzvdən ibarət "Kombo Kolombia" adlı qrup 25 yanvar tarixində Monterreyin şimalında Hidalgodakı gecə klublarının birində səhnəyə çıxdıqları gündən itkin idi. Qrup üzvlərindən başqa həmin gecə klubda olan 5 nəfərində itkin olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə