Türkiyənin baş nazirinin müavini Əli Babacan Türkiyə əhalisinin artım sürətinin əvvəlki səviyyəyə qayıtması üçün Rəcəb Tayyib Ərdoğanın ona və müvafiq dövlət orqanlarına təlimat verdiyini deyib. SİA xəbər verir ki, Türkiyədə hər min nəfərə 12 nəfərin düşdüyünü və bunun nəticəsində də əhali artımının azaldığını vurğulayan Babacan bildirib ki, son bir neçə ildə ibtidai məktəbə getmək yaşına çatan uşaqların sayında azalma müşahidə olunur.
Babacan bildirib ki, əhali sayının artması üçün bir sıra islahatların keçirilməsinə ehtiyac var.
Qeyd edək ki, Türkiyənin Statistika İdarəsinin ötən gün açıqladığı məlumata görə, ölkə əhalisi 2012-ci ilin sonunda 75 milyon 627 min 384 nəfər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB