ABŞ-a məxsus F-16 təyyarəsi İtaliya üzərində yoxa çıxıb
Qırıcı yoxa çıxdı

İtaliyada ABŞ-ın nəzarəti altındakı Aviano hava bazasından qalxan F-16-nın axşam saatlarında Adriatik dənizi civarında itdiyi bildirilib. SİA-nın İtaliyanın ANSA agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ qırıcısıyla əlaqənin Tavenna şəhəri səmalarında qırıldığı və təyyarənin itdiyi açıqlanıb. Təyyarənin dənizə düşdüyü ehtimal olunur. Təyyarə ilə yaradılan son əlaqə zamanı pilot müəyyənləşdirə bilmədiyi bir problemdən bəhs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə