"Görəsən kimin başına düşəcək?" gözləntisi ilə dünyanı qorxuya salan 2.5 ton ağırlığında istifadə müddəti bitmiş 30 illik Rus peyki təxminən 5.5 saat əvvəl Kanadanın şərq hissəsinə düşüb. Amerika və Rus kosmos mərkəzlərinin hesablamalarına görə, "Kosmos-1484"- ün saat 10 radələrində yerə düşməsi gözlənilirdi. Ancaq kosmos vasitəsinin nəzarətsiz hərəkəti hesablamaların səhv olduğunu göstərdi. Amerika müşahidə stansiyalarının yazdığına görə, "Kosmos-1484" Rusiya peykinin hissələri saat 04.27 - də Kanadanın şərqindəki Çisasibi qəsəbəsi yaxınlarında meşəlik əraziyə düşüb.
Qeyd edək ki, böyük hissəsi atmosferlə sürtünmədən yanan peykin yer üzünə çatan parçasının təxminən 200 kiloqram olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB