İran müzakirələrin İstanbulda keçirilməsini rədd edib

AB ilə İrandan ziddiyyətli müzakirələr davam edir
İran müzakirələrin İstanbulda keçirilməsini rədd edib

Avropa Birliyi Tehranın BMT Təhlükəsizlik Şurası üzvləri və Almaniya ilə nüvə proqramına dair müzakirələrin yanvarın 28-29-da İstanbulda keçirilməsinə etiraz etdiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Qərb ölkələri İrana nüvə müzakirələrinin fevralda keçirilməsilə bağlı çağırış edib.

Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonun sözçüsü İrana müzakirələri təxirə salmağı təklif etdiklərinə dair iddiaları təkzib edib. Sözçü Eştonun dekabrın sonunda bəri iranlılara yeni müzakirələr üçün görüşməyi təklif etdiyini, ancaq İranın İstanbulda görüş təklifini rədd etdiyini bildirib. Eştonun sözçüsü İranın yeni şərtlər irəli sürdüyünü, Tehran rejiminin müzakirələri gecikdirmə taktikası seçdiyindən narahat olduqlarını söyləyib.

İranın xarici işlər naziri Əli Əkbər Salehi Türkiyənin müzakirələrdə ev sahibliyi edəcək ölkə olmasının Tehran üçün ən yaxşı variant olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə