Ermənsitanda seçkiqabağı kompaniya çərçivəsində aclıq elan edən namizədlərin sayı 3-ə çatıb
Ermənistanda prezidentliyə daha bir namizəd, "Tsexakron" partiyasının sədri Şant Arutyunyan aclıq aksiyası elan edib. Arytyunyan yanvarın 21-də aclıq aksiyasına başlamış prezidentliyə digər namizəd Andrias Qukasyana həmrəylik nümayiş etdirərək 3 gün ac qalacağını bəyan edib. "Bu üç günü Qukasyanla birlikdə keçirəcəm. Hazırda onun yanındayam", - deyə o bildirib.
![]()
Qeyd edək ki, Andrias Qukasyan artıq 8 gündür ki, aclıq aksiyasını davam etdirir. Bir müddət əvvəl prezidentliyə namizəd Paryur Ayrikyan da yanvarın 25-də 3 günlük aksiyaya başlayıb.

Bu arada Ermənistanda prezident seçkilərinə bir qrup namizəd, Rafi Ovanisyan, Qrant Baqratyan o cümlədən Paryur Ayrikyan birgə bəyanat yayıblar. Onlar ölkəni tərk edən vətəndaşların siyahısının açıqlanmasını tələb edirlər. Bəyanatda 18 fevral seçkiləri ilə bağlı ümumi narahatlıqlarını ifadə edən və bunu özlərinə borc bilən namizədlər, Ermənistanda qanunun aliliyinin qorunmadığını, ümumxalq demokratik normalara , milli dəyərlərə hörmət edilmədiyini billdiriblər. Erməni namizədlər son zamanlar ölkəni tərk edən vətəndaşların yerinə kimlərinsə səs verəcəyi və seçkilərin saxtalaşdırılacağını deyirlər. Buna görə də onların adlarının açıqlanmasını tələb edirlər. Bundan başqa bəyanatda hazırki hökumətinin dövlət işçilərini hədələməklə, cəmiyyətdə qorxu atmosferi yaratmaqla Sərkisyanın xeyrinə səs toplamaq niyyəti güddüyü bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB