3,5 milyonluq lüks avtomobil sabah satışa çıxarılacaq

3,5 milyonluq lüks avtomobil sabah satışa çıxarılacaq

3,5 milyon dollar qiyməti olan Livan istehsalı Lykan Hypersport indiyə qədər istehsal olunan ən lüks, ən özəl və texnoloji baxımdan ən öndə gedən avtomobil olaraq qəbul edilib. SİA-nın məlumatına görə, mərkəzi Beyrutda olan W Motors tərəfindən istehsal olunan avtomobil 2,7 saniyədə 100 kilometr sürətə çata bilir. Avtomobilin LED işıqlandırma sistemində almazdan istifadə edilib və oturacaqlar qızıl ipliklə tikilmiş dəri örtüklə örtülüb. İdarə edilmə isə 3 ölçülü holografik və interaktivdən ibarətdir.

50 at gücə sahib olan LykanHypersport eyni zamanda ən son texnologiyalarla hazırlanıb. Hələlik ağ, qırmızı, qara və mavi olaraq yalnız 7 ədəd istehsal edilən lüks avtomobilə sahib olmaq istəyənlər tələsməlidirlər. Xatırladaq ki, avtomobil sabah satışa çıxarılacaq.

Qeyd edək ki, dünyanın ən bahalı ilk 5 avtomobili belə sıralanır:

1- LykanHypersport - 3,5 milyon dollar

2- Bugatti Veyron Super Sport - 2,4 milyon dollar

3- Koenigsegg Trevita - 2,1 milyon dollar

4- Lamborghini Sesto Elemento - 2,2 milyon dollar

5- Ferrari 599XX - 2 milyon dollar

Bütün xəbərlər Facebook səhifəmizdə