''Patriotların Suriya sərhəddində yerləşdirilməsi hücum məqsədli deyil, müdafiə məqsədlidir. Türkiyəyə heç kimin hücum etmək məqsədi yoxsa, onda bu sistemlərin də heç bir zaman istifadə ediləmə ehtimalı yoxdur". Bunu jurnalistlərə açıqlamasında Türkiyənin müdafiə naziri İsmət Yılmaz İran prezidenti Mahmud Əhmədnejatın patriotlarla bağlı səsləndirdiyi bəyanata cavabında deyib.
Müdafiənin isə heç kimi narahat etməməli olduğunu və Türkiyənin də hər bir ölkə kimi öz təhlükəsizliyini təmin etmək hüququna malik olduğunu vurğulayan nazir: "Bu Suriyadan gələn təhdidlərə qarşıdır. Suriya tərəfindən atılan bir raketlə 5 nəfəri Akçakaledə şəhid verdik. Bu səbəbdən ikinci bir hücumun olma ehtimalı yüzdə bir olsa da bizim belə bir tədbir görməyimiz hökumət olaraq borcumuzdur. Əgər biz bunu etməsəydik onda deyiləcəkdiniz ki: "Siz də NATO-nun tərkibindəsiniz. Bəs niyə NATO-nun imkanlarında istifadə edərək tədbir görmədiniz?". Bu səbəbdən dı patriotlar Türkiyəyə gətirildi''-deyib.
İsmət Yılmaz bildirib ki: "'Türkiyənin yaxşı niyyətindən heç kimin şübhə etməməlidir. Hər kəs öz düşündüyünü, fərziyyəsini deyər. Amma reallıq budur ki, Türkiyənin sülhdən başqa heç bir məqsədi yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB