Ölkədə əhalinin artım sürəti azalıb

Ölkədə əhalinin artım sürəti azalıb

Türkiyənin əhalisi 2012-ci ildə hər min nəfərə 12 nəfər artmaqla 75 milyon 627 min 384 nəfərə çatıb. SİA-xəbər verir ki, Türkiyə Statistika Komitəsi bu barədə açıqlama verib.

Açıqlamada bildirilib ki, 2011-ci ildə 74 milyon 724 min 269 nəfər olan ölkə əhalisi 903 min 115 nəfər artaraq 2012-ci ilin sonunda 75 milyon 627 min 384 nəfərə çatıb. Bu rəqəmin 37 milyon 956 min 168 nəfərini kişi cinsinin nümayəndələri, 37 milyon 671 min 216 nəfərini isə qadın cinsinin nümayəndələri təşkil edib.

2011-ci ildə hər min nəfərə 13,5 nəfər düşürdüsə, 2012-ci ildə bu rəqəm 12-yə enib. Bu da 2012-ci ildə artım səviyyəsinin aşağı düşdüyünü göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə