Gecə klubunda 231 nəfər öldü FOTO

Gecə klubunda 231 nəfər öldü FOTO

Ötən gecə Braziliyanın cənubunda Santa-Mariya şəhərində gecə klublarından birində güclü yanğın baş verib. Yanğın zamanı ölənlərin sayı 231 nəfərə çatıb, 200 nəfərin isə hadisə zamanı xəsarət aldığı bildirilir. SİA-nın məlumatına görə, yanğına klubda çıxış edən qrupun konsert zamanı atəşfəşanlıq etməsi səbəb olub.

Polis də ilkin versiya kimi pirotexnikanın alışmasını nəzərdən keçirib. Ölənlərin əksəriyyətinin tüstüdən zəhərləndiyi bildirilir. Hadisə ilə bağlı çıxış edən ölkə prezidenti Dilma Russef baş verənləri faciə adlandırıb və ölənlərə görə təəssüf etdiyi bildirib:"Santa-Mariada olan faciənin nəticələrinin minimuma endirilməsi üçün nazirlərə müraciət etmişəm. Bütün rəsmi qurumlar hadisə ilə bağlı lazımi addımları atmağa çalışırlar. Hazırda ölənlərin kimliyini müəyyənləşdirmək üçün işlər gedir. Həmçinin zərər çəkənlərə təcili tibbi yardım göstərilir. Hökumət olaraq ölənlərin və zərər çəkənlərin ailələrinə dəstək olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə